Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:42

Ramazanın bayram namazı sentyabrın 30-da qılınacaq


Qırğızıstanda Ramazan namazı, 3 noyabr 2005
Qırğızıstanda Ramazan namazı, 3 noyabr 2005
«Bu il bayram namazı sentyabrın 30-da səhər saat 9-10 radələrində qılınacaq».

Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Ayın 30-da oruc tutulub-tutulmaması ilə bağlı suala isə belə aydınlıq gətirilib:

«Əgər sentyabrın 29-da axşam ay görünərsə, 30-u səhər oruc tutulmur. Ürəyində ayın görüb-görünmədiyinə şübhəsi olanlar isə sentyabrın 30-da bayram namazına kimi oruc tuturlar».

Ramazan ayında adambaşına 3 kiloqram buğda, xurma və ya kişmişin dəyərində fitrə verilir. (Bazarda 1 kilo buğdanın bugünkü qiyməti 60-80 qəpik civarındadır). Fitrə ailənin bütün üzvləri üçün adambaşına hesablanaraq, bayram gününə qədər verilməlidir.

Fitrə imkansız, əlil və yetimlərə verilsə, daha xeyirlidir.
XS
SM
MD
LG