Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:56

Gəncədə «Yahova şahidləri» həbs olunub


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirirlər ki, «Yahova Şahidləri» qeydiyyata alınmalıdır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirirlər ki, «Yahova Şahidləri» qeydiyyata alınmalıdır
Polis Gəncənin Sevinc qəsəbəsinə kütləvi yığışan «Yahova Şahidləri» dini sektasının üzvlərini saxlayıb. Əməliyyatı yanvarın 18-də Gəncənin Kəpəz rayon polis şöbəsi həyata keçirib.
Sektanın 10 nəfər fəal üzvü şöbəyə gətirilərək barələrində inzibati qaydada protokol tərtib edilib və məsuliyyətə cəlb olunublar. Saxlanılan 80 nəfərin 20-si uşaq, digərləri qadın, 5-6-sı isə kişi olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov «Trend»ə bildirib ki, «Yahova Şahidləri» fəaliyyət göstərmək üçün şöbədə qeydiyyata alınmalıdır.
XS
SM
MD
LG