Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:42

Bu gün prezidentlər yenidən görüşürlər


Görüşün Bakı vaxtı ilə saat 15.00-da baş tutacağı bildirilir
Görüşün Bakı vaxtı ilə saat 15.00-da baş tutacağı bildirilir

Bu gün Buxarestdə Azərbaycan və Ermənistan prezidentlərinin ikinci görüşü keçiriləcək. Birinci dəfə Azərbaycan və Ermənistan prezidentləri iyunun 4-də Buxarestdəki Polşa səfirinin iqamətgahında görüşüblər. Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət beynəlxalq vasitəçilər bir neçə saat davam edən danışıqların pozitiv atmosferdə keçdiyini bildirirlər. Danışıqlar iyunun 5-də davam edəcək.


"Azadlıq" radiosuna verdiyi eksklüziv müsahibəsində amerikalı həmsədr Stiven Mann görüş barədə bunları bildirib: "Prezidentlərin görüşü iki saat yarım davam etdi. Prezidentlər məsələ ətrafında detallı müzakirələr keçirdilər. Daha sonra prezidentlər həmsədrlərlə 45 dəqiqəyə yaxın danışıqlar apardılar. Danışıqlarda yaxşı ab-hava hökm sürüb. Görək axırı nə olur".


Amerikalı həmsədr müzakirələrin məxfiliyini nəzərə alaraq detalları barədə məlumat vermədi. İyunun 5-də Qara Dəniz Əməkdaşlıq Forumunda Azərbaycan və Ermənistan prezidentlərinin çıxışından sonra qaldıqları Marriott otelində görüşəcəklər. Görüşün Bakı vaxtı ilə saat 15.00-da baş tutacağı bildirilir.


"Azadlıq" radiosuna müsahibəsində ATƏT-in Minsk qrupundakı rusiyalı həmsədri Yuri Merzlyakov da danışıqların pozitiv keçdiyini bildirdi. Onun sözlərinə görə, Buxarestdəki görüş bir daha təsdiq etdi ki, prezidentlər sülh prosesinə sadiq qalırlar.


Görüşlə bağlı birgə bəyanatın olub-olmayacağına dair sualımıza cavabında cənab Merzlyakov bildirdi ki, prezidentlərin adından danışmaq çətindir, lakin birgə bəyanat olsa da, olmasa da, prezidentlərin iyunun 5-də danışıqları davam etdirməyə razılaşması artıq məna daşıyır.


XS
SM
MD
LG