Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:04

Tələbə hərəkatının fəalı Elman Nuri tutulub


Təbriz Universiteti tələbələrinin etiraz aksiyası, 22 may 2006
Təbriz Universiteti tələbələrinin etiraz aksiyası, 22 may 2006

İran Azərbaycanında tələbə hərəkatının fəallarından olan Elman Nuri Sulduz şəhərindəki tələbə yataqxanasında tutulub. Təhlükəsizlik qüvvələri iyulun 6-da gecə yarısı onun mənzilinə hücum edərək, qapını sındırmış və Elman Nurini özləri ilə naməlum istiqamətə aparmışlar. Onun eyni zamanda universitetdən də atıldığı bildirilir.


Başqa xəbərə əsasən, Abbas Lisaninin mühakiməsi bir-neçə gün bundan əvvəl elan edilsə də, məhkəmə baş tutmayıb və qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hazırda aclıq aksiyasını davam etdirən Abbas Lisaninin səhhəti olduqca pisləşib və o, Ərdəbil həbsxanasının xəstəxanasında saxlanılır.


İran parlamentində Təbrizin nümayəndəsi Əkbər Ələmi iyulun 4-də Təbriz həbsxanasında saxlanılan dustaqlara baş çəkib. O, tanınmış Azərbaycan fəalı Həsənağa Dəmirçi, Vəhid Şeyxbəyli və başqalarıyla görüşüb. AzadTribun.com saytının verdiyi məlumata əsasən, Əkbər Ələmi məhbuslara ağır işgəncələr verildiyi və işgəncələr altında etiraflarının lentə alındığını öyrəndikdən sonra bu kimi qəddarlıqlarla ciddi mübarizəyə başlayacağını bildirib.


XS
SM
MD
LG