Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:27

Sabirabadda köçürülmüş kəndlərin adları açıqlanıb


Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırovun məlumatına görə, Kürün Şirvan şəhərinin Bayramlı qəsəbəsindəki bəndi yarması nəticəsində su basmış Dadaşbəyli və Qaragüney kəndlərinin, eyni zamanda su basma təhlükəsi ilə üzləşən daha yeddi kəndin - Azadkənd, Polad Toğayı, Bala Həşimxanlı, Sarxanbəyli, Ələmbəyli, Çöl Ağammədli və Hacıbəbir - əhalisi çıxarılıb və bu kəndlər polisin nəzarətinə verilib.

Hazırda çayın Bayramlı qəsəbəsindən keçən hissəsində dağılmış bəndin bərpası gedir. Hələlik rəsmilər Kürün nə vaxt cilovlana biləcəyi, əhalinin nə vaxt evlərinə dönə biləcəkləri haqqında məlumat vermir. Rəsmilər fəlakətdən ziyan çəkənlərə yardım olunacağını bildirir.

Fəlakət zonasından fotosessiyaya burada baxa bilərsiniz.

XS
SM
MD
LG