Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:22

Amerika əsgərləri İraqdan çıxır


ABŞ ordusu İraqı tərk edir
ABŞ ordusu İraqı tərk edir
ABŞ-ın son döyüş briqadaları ötən gecə İraqı tərk edib. Prezident Barak Obamanın hakimiyyətə gələndə verdiyi vədə uyğun olaraq, avqustun sonuna qədər İraqda Amerikanın döyüş briqadaları qalmamalıdır. Bu plana uyğun olaraq son döyüş briqadalarının, hərbi tenxikanın çıxarılması səhnələrini ABŞ mediası canlı yayımlayıb.

4-cü Hücum Briqadasının sözçüsü, kapitan Kristofer Ophardt son hərbi döyüş maşınının İraq-Küveyt sərhədini keçməsini raport edib.

7 il əvvəl İraqa girən ABŞ hücum briqadalarının ölkədən çıxması simvolik olduğu üçün dünya mediasında geniş maraqla qarşılanıb. Hətta Amerika əsgərlərinin İradan çıxdığı və ya İraqdakı əməliyyatları dayandırması xəbərləri də yayılıb. Bu xəbərlərin ardınca Ağ Evin rəsmisi İraqdakı hərbi əməliyyatların rəsmən avqustun 31-nə qədər davam edəcəyini, üstəlik, hələ İraqda 56 min Amerika əsgərinin də qalacağını bəyan edib.

AMERİKA ORDUSU 4400-DƏN ÇOX ƏSGƏR İTİRİB


Bu əsgərlər əsasən İraq təhlükəslik qüvvələrinə təlim keçmək, onların arxa cəbhəsinə yardım etmək və ehtiyac olarsa antiterror əməliyyatlarında iştirak etmək üçün qalacaqlar.

Burda qalan 56 min əsgərin sonuncusu isə İraqı 2011-ci ilin sonunda tərk edəcək.

Səddam Hüseyni devirmək üçün İraqa 2003-cü ilin mart ayında hücum edən Amerika ordusu 4400-dən çox əsgər itirib.

İraqda isə, Amerika təcavüzündən bu yana keçən 7 il ərzində 100 minə yaxın iraqlı dinc sakin həlak olub. Ya partlayışlarda, ya NATO qüvvələrinin yanlış zərbələri nəticəsində, ya da terrorçuların qurbanı olaraq.

İraq müharibəsi Amerika vətəndaş müharibəsindən, Birinci və İkinci Dünya müharibələrindən də uzun çəkib.

ABŞ-ın son döyüş briqadaları ötən gecə İraqı tərk edib
Amma müttəfiq qoşunların burdakı fəaliyyəti hədər getməyib. Bunu isə ABŞ-ın İraqdakı indiki səfiri Kristofer Hill deyir. Bağdada 16 ay əvvəl gələn səfir indi hər şeyin daha ümidverici olduğunu düşünür:

VƏZİYYƏT GETDİKCƏ YAXŞILAŞIR

- Təhlükəsizliklə bağlı qəliz vəziyyət əslində tam qanedici olmasa da, getdikcə yaxşılaşır, daha da yaxşı olacaq. İraq qüvvələri təhlükəsizliyə nəzarət etmək iqtidarındadırlar. Sözsüz ki, problemləri də, səhvləri də olacaq. Biz də bu işdə səhvlər etmişik. Onlar öz səvlərindən öyrənə-öyrənə vəziyyətə daha yaxşı nəzarət edəcəklər, necə ki, biz öz səhvlərimizdən nəticə çıxarırdıq.

Əslində, indi iraqlıların doğrudan da amerikalıların ardınca bu ölkədəki vəziyyətə nəzarət edib-etməyəcəyi sualı daha aktualdır. Çünki təkcə elə Amerika səfirinin müsahibə verdiyi gün 5 İraq fəhləsi öldürülüb, bir gün əvvəl İraq ordusunun çağırışçıları bölüşdürmə məntəqəsində 61 çağırışçı həlak olub.

Seçkilərdən 5 ay keçməsinə baxmayaraq, iki əsas siyasi qüvvə hələ də koalisyon hökuməti formalaşdıra bilmir. Ölkənin şimalında kürd-türkman gərginliyi və neft gəlirlərinin bölüşdürülməsiylə bağlı problemlər qalır.

Radikal qüvvələr tez-tez baş verən hücumlarla siə-sünni qarşıdurmasını alovlandırmağa çalışır. Qısası, İraqa təcavüzdən 7 il keçsə də, «Sonuncu Amerika qoşunları da çıxandan sonra, burda vəziyyət necə olacaq» sualına ümidlə cavab verənlərin sayı hələ də çox deyil.
XS
SM
MD
LG