Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:40

Ateistlər din haqda daha çox bilirmiş


ABŞ Katolik kilsəsinin kardinalı Roger Mahony, Aprel 2005
ABŞ Katolik kilsəsinin kardinalı Roger Mahony, Aprel 2005
ABŞ-da Pew Forumunun Din və İctimai Həyat Mərkəzinin keçirdiyi son sorğuya əsasən, ateistlər dini məsələlərlə bağlı daha məlumatlıdırlar, nəinki dindarlar özləri.

2010-cu ilin May-İyun aylarında 3 500-ə yaxın respondent arasında keçirilən sorğuda katoliklər, protestantlar, mormonlar, yevangelistlər və yəhudilərin rəyləri soruşulub.

KİMLƏR ÖZ DİNİ HAQDA NƏYİ BİLMİR?
Məlum olub ki, katoliklərin 45 faizi heç birlmir ki, kilsə ayinlərində istifadə edilən şərab və çörək Həzrət İsanın əti və qanını ehtiva edirmiş.

Protestantların yarıdan çoxu bu cərəyanın əsasını qoyan Martin Lüteri tanımır.

Yəhudilərin 10 faizi isə tarixdəki ən məşhur ravvinlərdən olan Maymonidesin heç adını da eşitməyib.


DİNSİZLƏR BAŞ DİNLƏR HAQDA DA ÇOX BİLİR
Respondentlərə ümumilikdə öz dinləri və başqa dinlərlə bağlı 32 sual verilib. Məsələn, İslamın müqəddəs kitabının adı və ya İncilin birinci hissəsinin adı kimi sadə suallar.

Ateistlər və dinsizlər bu suallardan 21-nə düzgün cavab veriblər, yəhudilər və mormonlar 20-nə. Protestantlar 16, katoliklərsə cəmi 15 sualı doöru cavablayıb.

Amerikanların digər dinlər – İslam, Buddizm, İnduizmlə bağlı məlumatları da çox yanlış çıxıb. İslamla bağlı ən çox məlumatlı olanlarsa yəhudilər və ateistlər olub.
XS
SM
MD
LG