Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:53

«2 aprel aksiya ilə bağlı cinayət işinin istintaqı yekunlaşır»


2 aprel aksiyası
2 aprel aksiyası
İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.

Bu barədə «APA»ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib. O, qeyd edib ki, mətbuatda istintaqın qəsdən uzadılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur:

«Biz özümüz maraqlıyıq ki, istintaqı vaxtında yekunlaşdıraq. Onu deyə bilərəm ki, artıq istintaq tamamlanmaq üzrədir».

2 aprel aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG