Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:34

Suriya ABŞ və Fransa səfirlərini nazirliyə çağırıb


Suriyada etirazlar davam edir
Suriyada etirazlar davam edir
ABŞ və Fransanın Suriyadakı səfirləri Hama şəhərinə baş çəkdiklərinə görə, bazar günü bu ölkənin xarici işlər nazirliyinə çağrılıblar.

Suriyanın xarici işlər naziri səfirləri ölkənin daxili işlərinə qarşımaqda, gərginliyi daha da artırmaqda günahlandırıb.

İttihamı rədd edən Birləşmiş Ştatlar səfirin səfər barədə Suriya hökumətinə əvvəlcədən məlumat verdiyini deyir.

ABŞ və Fransa səfirləri Hamaya səfər zamanı müxalifət nümayəndələrilə görüşüblər.

Hama şəhəri ölkəni bürümüş etiraz dalğasının mərkəzlərindən biri hesab olunur.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası və islahatlar tələbilə kütləvi nümayişlər keçirilir.

HƏMÇİNİN OXU:

Suriyada zorakılıq qorxutmur, ruhlandırır
Bəşər Əsəd devriləcəkmi?
Hakimiyyətdə qalmağın Suriya modeli
Suriya kəşfiyyatının 6 səhifəlik planı
XS
SM
MD
LG