Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:37

Rəsmiyyə Sabir. Yazı


Alnımın yerdə oxunan,
yazısı göydə yazılır.
Məzarımız üstü bağlı,
doğulan gündən qazılır.

Ortasında yaşayırıq,
qədər adlı bir qorxunun.
Ömür kimi yozumu var,
gördüyümüz bu yuxunun.

İnsan kimi doğulsam da,
ancaq su tək öləcəyəm.
Həyatımın acığına,
ölümümə güləcəyəm.
XS
SM
MD
LG