Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:17

Barac Obama: “Artıq tiranlığın qara kölgəsi qalxıb”


Muammar Qaddafinin ölümünə ABŞ prezidenti Barac Obama münasibət bildirib. Obama deyib ki, artıq tiranlığın qara kölgəsi qalxıb: “Bu gün Liviya hökuməti Muammar Qaddafinin öldürüldüyünü elan edib. Bu, Liviya xalqı üçün uzun və əzablı bir dövrün sonu deməkdir. İndi yeni, demokratik Liviyada xalqın öz taleyini müəyyən etməsi üçün imkan yaranıb”.

Obama deyib ki, Qaddafinin taleyi öz hakimiyyəti uğrunda döyüşməyə hazır olan ərəb dünyasının digər liderləri üçün də bir mesaj olmalıdır. “Bütün dəmir hakimiyyətin gec-tez sonu çatır”- deyə, Obama bildirib.
XS
SM
MD
LG