Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:48

Yazıçılar haqda lətifələr (30 oktyabr)


Azadlıq Radiosunun "250plyus" satirik proqramından "Oxu zalı"na hədiyyə



Zəlimxan Yaqubun toruna qızıl balıq düşür:

- Şair, məni buraxsan, üç arzunu yerinə yetirərəm...

- Deməli, belə: İsveçrə bankında 10 milyon dollarım olsun! Bodrumda 3 mərtəbəli villam olsun! "Peyğəmbər" poemam dövlət mükafatı alsın! Bu bir!..


***


Seymur Baycan Facebookda "status" qoyur:

"Könlümə dondurma düşüb..."

Heyranlarından olan bir qız "comment" yazır:

"Alfons?"

"Yox, plombir!"


***


Londonda oxuyan oğlu qaz zavodunun direktoru, yazıçı Hüseynbala Mirələmova məktub yazır:

- Ata, burda özümü lap ala qarğa kimi hiss edirəm, məndən başqa hamı dərsə avtobusla gedir.

- Qəm eləmə oğlum, pul göndərərəm, sən də özünə birini alarsan.


***


Gənc yazarlar Kəramət Böyükçöl və Ayxan Eyvaz ədəbi mövzuda qızğın mübahisə edə-edə yolla getdikləri yerdə qarşılarını 3 pəzəvəng quldur kəsir.

- Cibinizdə nə varsa, verin bəri!

Gənc yazarlar bir quldurlara baxırlar, bir öz sısqa bədənlərinə, dinməz-söyləməz ciblərindəkiləri çıxarmağa başlayırlar. Kəramət cibindən çıxan puldan 5 manatı Ayxana uzadır:

- Ala, çox sağ ol, keçən il aldığım borcdu.


Həmçinin oxu
Nizami ilə Rafiq Tağının fərqi, Dostoyevski ilə Mirələmovun fərqi...
Yazıçılar haqda lətifələr: "Aldadılmış ər"
Elçin, Elmar Şahmar və "Ən yeni ədəbiyyat"
Anar, Əkrəm Əylisli, Seymur Baycan və bir uşaq
Zəlimxanın "unutqanlığı", Anarın məzuniyyəti
XS
SM
MD
LG