Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:51

Bakıya ilk qar yağıb


Bakı. 7 noyabr 2011
Bakı. 7 noyabr 2011
Noyabrın 7-də Bakıya ilk qar yağıb.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, anomal kəskin soyuq hava şəraiti noyabrın 7-də də davam edəcək.

Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Anomal hava şəraiti arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.

Kəskin havanın noyabrın 8-dək davam edəcəyi proqnozlaşdırılır.








XS
SM
MD
LG