Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:45

Taqorun şeir dəftəri - 250 min dollara!


Rabindranath Tagore
Rabindranath Tagore
Nobel mükafatlı hind yazarı Rabindranat Taqorun şeir dəftəri hərraca çıxarılacaq.

Bu ilin dekabrında New York-da keçiriləcək Sotheby’s hərracında şeir dəftərinin təxminən 250 min dollara satılacağı ehtimal edilir.

Hərraca Hindistandan da telefonla qoşulmaq imkanı yaradılacaq.

1928-ci ilə aid şeir dəftərində 12 şeir və 12 Benqal mahnısına yazılmış sözlər var.

Kitabı hərraca çıxaran şəxs – şairin yaxın dostunun nəslindəndir.

Taqor şeir dəftərini dostunun ailəsinə 1930-cu illərdə bağışlayıb.
XS
SM
MD
LG