Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:51

İlham Əliyev Kim Jong-il-in vəfatına kədərlənib


Kim Jong-il
Kim Jong-il
Azərbaycan prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Jong-nam-a başsağlığı məktubu ünvanlayıb.
APA-nın məlumatına görə, məktubda deyilir: «Koreya Xalq Demokratik Respublikasının Ali rəhbəri, Dövlət Müdafiə Komitəsinin Sədri, görkəmli dövlət xadimi Kim Jong-il-in vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm».
Şimali Koreyanın lideri Kim Jong-il dekabrın 17-də 69 yaşında ölüb. Onun ölüm xəbəri haqqında məlumatı dövlət televiziyası yayıb.
Xəbərdə Kim Jong-il-in həddən artıq fiziki və əqli işlə məşğul olması səbəbindən vəfat etdiyi bildirilib.
XS
SM
MD
LG