Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:49

Xeyriyyəçilikdə azərbaycanlılar dünyada 94-cü yerdədir


Britaniyada qərarlaşan xeyriyyə təşkilatı Charities Aid Foundation (CAF) hər il dünya üzrə xeyriyyə indeksini müəyyən edir.

İndeks hər bir ölkədə əhalinin neçə faizinin xeyriyyəyə pul verməsi, xeyriyyəyə öz vaxtını sərf etməsi və qərib adama kömək etməsi əsasında hazırlanır.

Bunları isə Gallup sorğu mərkəzinin müxtəlif ölkələrdə apardığı sorğular əsasında müəyyən edirlər.

Bu ilki siyahıda Azərbaycan 153 ölkə arasında 94-cü yerdədir.

Azərbaycanda əhalinin 18 faizi xeyriyyəyə pul verir.
23 faizi xeyriyyəyə vaxtını sərf edir.
42 faizi isə qərib adama kömək edir.

CAF-ın siyahısına əsasən əhalisinin xeyriyyəçiliyinə görə dünyada birinci yerdə ABŞ-dır.

ABŞ-da əhalinin 60 faizi xeyriyyəyə pul verir.
43 faizi xeyriyyəyə vaxtını sərf edir.
73 faizi qərib adama kömək əlini uzadır.

Sizcə, Azərbaycanın yeri obyektiv reallığı əks etdirirmi?
Uzun xeriyyəçilik ənənəsi olan azərbaycanlıların xeyriyyəçiliyi keçmişdəmi qalır?
XS
SM
MD
LG