Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:31

Şimali Koreya liderinin dəfn mərasimi başlayıb


Şimali Koreyada ölkənin mərhum lideri Kim Jong Ilin iki günlük dəfn mərasiminə başlanıb.

Dövlət televisiyası göstərir ki, paytaxt Pxenyanda cənazənin keçəcəyi yolda qar altında on minlərlə adam dayanıb.

Kimin oğlu və varisi Kim Jong Un proseslərə rəhbərlik edir.

Televiziyada ağlayan və "ata, ata" çığıran adamlar göstərilir

Kim Jong Il hakimiyyəti atasından alıb və 17 il ölkəni idarə edib. Bu il dekabrın 17-də 69 yaşında vəfat edib.
XS
SM
MD
LG