Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:32

2011-ci ildə yol qəzalarının statistikası açıqlanıb


Foto: Arxiv
Foto: Arxiv
Respublika Baş Dövlət Yol Polisi İdarəsi 2011-ci ildə ölkə ərazisində baş verən yol qəzalarının statistikasını açıqlayıb.

Ötən il respublikada 2890 yol nəqliyyat hadisəsi baş verib. 1016 nəfər ölüb, 3031 nəfər isə xəsarət alıb.

Yol qəzalarının 1175-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb.

Respublikada yol qəzalarının təxminən 40 faizi piyadaların vurulması ilə əlaqədardır. /apa/
XS
SM
MD
LG