Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:31

Bakıya ağ rəngli taksilər gətirilir


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanın avtomobil şirkətləri taksi kimi fəaliyyət göstərmək üçün Bakıya ağ rəngli avtomobillər gətirməyə başlayıb.

Bu barədə «APA»ya Nəqliyyat Nazirliyindən Namiq Həsənov məlumat verib.

O deyib ki, bəzi şirkətlər taksi fəaliyyəti üçün ölkəyə gətiriləcək avtomobil modellərini nazirliklə razılaşdırıb. Bura «Daewoo Nexia», «Daewoo Lacetti» («Chevrolet Lacetti»nin bazasında yaradılmış), «Fiat», «Toyota Yaris» və s. aiddir.

«Uz-Daewoo Baku Auto» şirkətindən bildirirlər ki, ağ rəngli «Daewoo Nexia» avtomobillərini ilkin ödəniş 20% olmaqla 3 illiyə kreditlə almaq mümkündür. Qiymətlər isə 8700-11500 manat arasında dəyişir.

Nəqliyyat Nazirliyi yanvarın 13-də Dövlət Yol Polisi ilə birlikdə lisenziyasız taksilərə qarşı reydlərə başlayıb.

Nazirliyin qərarına əsasən, Bakıda taksilərin rəngi bənövşəyi və ya ağ olmalıdır.

Narazı taksi sürücüləri Bakının ayrı-ayrı yerlərində və Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyaları keçiriblər. Sonuncu aksiyada 4 nəfər saxlanılıb. Onlara 5 sutka inzibati həbs cəzası verilib.
XS
SM
MD
LG