Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:11

Politoloq: Bəzi ölkələr İranla Azərbaycanın arasını vurmaq istəyir


Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
«Bu adamların həbsi qanuni yollarla həyata keçirilmir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında jurnalist Şahvələd Çobanoğlu Nardarandakı son həbslər haqqında danışarkən deyib. Onun fikrincə, ola bilsin ki, tutulan şəxslərin əməllərində cinayət tərkibi var. Ancaq onların həbsinin səbəbi qanuni yollarla sübuta yetirilmir:

«Azərbaycan hakimiyyəti bir qayda olaraq bu həbsləri həyata keçirərkən vurğunu ona yönəldir ki, bu adamlar təhlükəlidirlər, onlar təhlükəli xarici qüvvələrlə bağlıdır. İnsanlar təhlükəli ola bilər və onların əməllərində cinayət tərkibi ola bilər. Amma bu həbslər necə həyata keçirilir? Bu həbslərin hamısı bir qayda olaraq şərləmə və böhtanla həyata keçirilir. Bu adamların evinə silah, cibinə narkotik atırlar... Bu adamlar həqiqətən cinayətkardırsa, nə üçün bu, qanuni yollarla sübuta yetirilmir? ...».

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan isə düşünür ki, hakimiyyət İrandan dəstəklənərək Azərbaycanda siyasi islam yaratmaq istəyən qüvvələrdən ehtiyat edir:

Sədrəddin Soltan
Sədrəddin Soltan
​««Səhər» televiziyası kimi bir telekanal Azərbaycan vətəndaşına maraqlı olan problemləri qabartmaqla onların bir növ etibarını qazanır... Sonra bu etibardan istifadə edib təxribat xarakterli verilişlər də yayımlaya bilir. Bir növ bu telekanal Azərbaycanın informasiya məkanında yaranmış boşluqdan istifadə edir…».

Politoloq Elşən Manafov isə hesab edir ki, İran-Azərbaycan münasibətlərinin pisləşməsində bəzi ölkələr də maraqlıdır:

«İran və Azərbaycan arasında yaşanan gərginlik ona dəlalət edir ki, bulanıq suda balıq tutmaq sevdasına düşən qüvvələrin sayı da durmadan artmaqdadır. Bu da təəssüf doğurur. Qərbdə də müəyyən qüvvələr nəyin bahasına olur olsun Azərbaycanı anti-İran koalisiyasının tərkibində görmək istəyirlər... ».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG