Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:24

Euro-2012 maraqlı rəqəmlərdə


Iyunun 8-də futbol üzrə Avropa birinciliyinin final mərhələsi başlanır.
Ukraynada və Polşada birlikdə keçirilən bu yarışma maraqlı rəqəmlərdə:

2 – Keçən dünya birinciliyində bütün oyunların qalibini tapmış osminoq Paulun yerinə iki əsas namizəd var - Polşada Czita adlı fil, Ukraynada isə Funtik adlı çoşqa.

Bu iki telepat heyvan oyunların qalibini əvvəlcədən müəyyən etməyə çalışacaq.
Bunlardan başqa Ukraynada öz ekstrasens qabiliyyətini sınayacaq Fred və Ferrel adlı heyvanlar da var.

8 - Yarışın keçiriləcəyi stadionların sayı.

16 - Final mərhələsində işltirakçıların sayı. İlkin mərhələdə onların sayı 53 idi.

31 - “Ukraynada futbol birinciliyinin keçirilməsi Ukraynanın beynəlxalq imicinə kömək edirmi?- sualına 31 faiz “yox” deyib.

50 - Kiyev yaxınlığında Dnepr çayındakı adada düşərgə salmaq istəyən 10 min isveçli azarkeşə düşən tualetlərin sayı.

300 - Məşhur Femen qadın təşkilatının məhz bu qədər üzvü Polşa və Ukrayna boyu etirazlara hazırlaşır. Onlar insan alveri və seks sənayesinin çiçəklənməsinə qarşı etirazları ilə məşhurlaşıblar. İndi isə gözləyirlər ki, Avropa birinciliyi dövründə fahişəlik kəskin artacaq.

800 – Kiyevdə oyun ərəfəsi mənzilin dollarla bir günlük kirayə qiyməti

52000 – Beynəlxalq HİV/AIDS Alyansının məlumatına görə, Ukraynada keçən il “seks işçilərinin” sayı.

68000 – Kiyevin Olimpiya stadionunun tutumu. Final iyulun 1-də burda olacaq

1 milyon - Ukraynaya futbol birinciliyinə gələcək turistlərin gözlənilən sayı

150 milyon- Varşava Milli stadionunda iyunun 8-də açılış oyununu dünyada izləyəcək televiziya tamaşaçılarının sayı

13 milyard 400 milyon- Ukraynanın Avropa futbol birinciliyini keçirməyə çəkdiyi xərc dollarla.
Bunun 6,6 milyard dollarını Ukraynanın dövlət büdcəsi verib.
XS
SM
MD
LG