Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:46

Elmar Hüseynovun 45-ci doğum günüdür


Arxiv foto: Elmar Hüseynovun qəbrinin ziyarəti zamanı,2011-ci il
Arxiv foto: Elmar Hüseynovun qəbrinin ziyarəti zamanı,2011-ci il
İyulun 17-də «Monitor» jurnalının baş redaktoru, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum günüdür. Bir qrup söz azadlığı tərəfdarı Elmar Hüseynovun qəbrini ziyarət etməklə onun xatirəsini yad edəcək.

Elmar Hüseynov 1967-ci ilin 17 iyulunda Bakıda doğulub.

Onun jurnalist fəaliyyəti 1995-ci ildən başlayıb. O, «Zerkalo» qəzetində əməkdaşlıq etməklə mediaya ilk gəlişini edir.

1995-ci ildə Elmar Hüseynov «Trend» informasiya agentliyini və gündəlik «Alver» qəzetini yaradır. Daha sonra «Geoiqtisadi araşdırmalar mərkəzinin» yaradılmasında iştirak edir.

O, 1996-cı ildən isə tənqidi «Monitor» jurnalını çıxarmağa başlayır.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.
XS
SM
MD
LG