Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:49

İranda ikigünlük matəmdir


Varzeqanda zəlzələ zamanı yaxınlarını itirən qadın
Varzeqanda zəlzələ zamanı yaxınlarını itirən qadın
İranda avqustun 13-ü və 14-ü ikigünlük matəm elan olunub.

İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü Təbriz şəhəri ətrafında baş verən zəlzələdə 227 adam həlak olub, 1380 adam yaralanıb.

Artıq xilasetmə əməliyyatı başa çatdırılıb. 600-dən çox kənd ziyan çəkib. İranın Qırmızı Aypara Cəmiyyəti 16 min adam üçün 6 minə yaxın çadır qurub.

France-Press agentliyi xəbər verir ki, Tehran başqa ölkələrin yardımından imtina edib.

Avqustun 11-də günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 ballıq, 11 dəqiqə sonra isə 6,3 bal gücündə zəlzələ olmuşdu.

İran televiziyasının məlumatına görə, bölgədəki 20 kənd tamam dağılıb.

İran zəlzələ bölgəsi olduğundan burda tez-tez dağıntılar olur. 2003-cü ildə Bam şəhərində baş verən zəlzələ nəticəsində 25 mindən çox adam ölmüşdü.
XS
SM
MD
LG