Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:57

Yeni jurnal gəlir: "Bizim üçün Anarla Rasim Qaracanın fərqi yoxdur"


Azerbaijan -- Lit.az literary site, undated
Azerbaijan -- Lit.az literary site, undated
-

Oktyabr ayından etibarən Lit.az ədəbiyyat portalı eyniadlı aylıq ədəbi-bədii jurnalın nəşrinə başlayacaq.

Jurnalın baş redaktoru Cavid Cəfərov oxuzali.az saytına bildirib ki, bunun üçün bütün maddi-texniki bazaları var və dərgi “Proqress” nəşriyyatının tərkibində fəaliyyət göstərəcək. Baş redaktorun sözlərinə görə, jurnala gəlir mənbəyi kimi baxmırlar.

“Arzu edirəm ki, gənc yazarlar bizimlə əlaqə saxlasınlar, öz yazılarını göndərsinlər. Düzdür, bizim çox cüzi qonorar fondumuz var, amma buna baxmayaraq müəlliflərə qonorar veriləcək. İstərdim ki, jurnalda Salam Sarvanın, Səlim Babullaoğlunun, Nərmin Kamalın və digər müəlliflərin yazılarını görüm. Soruşa bilərsiniz ki, bu qəzet-jurnal bolluğunda yeni ədəbiyyat jurnalına ehtiyac var idimi? Məncə bizim jurnal fərqli olacaq. Düşünürəm ki, indiki ədəbi jurnalların satılmamasının əsas səbəbi onların maraqsız, birrəng çıxmasıdır. Mövqeyindən, baxışından asılı olmayaraq hər kəsi dərc etməyə hazırıq. Yəni bizim üçün kiçik mənada Anarla Rasim Qaracanın fərqi yoxdur. Bizim üstünlüklərimizdən biri də kollektivimizin dil bariyerinin olmamasıdır”.

Baş redaktor bildirib ki, müəlliflər əsərlərini, tərcümələrini və elmi məqalələrini jurnal@lit.az elektron poçt ünvanına göndərə bilərlər.
XS
SM
MD
LG