Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:20

6 ayda istehsalatda 28 ölüm faktı qeydə alınıb


Arxiv foto
Arxiv foto
Azərbaycanda ötən ilin ilk 6 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı 128 olub.

Bu ilin ilk 6 ayı ərzində isə 96 belə fakt qeydə alınıb.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev jurnalistlərə açıqlamasında deyib.

R. Tağıyevin sözlərinə görə, ötən ilin ilk 6 ayı ərzində istehsalatda 53, bu ilin müvafiq dövründə isə 28 ölüm faktı qeydə alınıb.

Tikinti sektorunda ötən il də, bu il də 13 ölüm halı qeydə alınıb:

«Buna səbəb əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarının, iş yerlərinin standartlarının qəbul edilmiş normalara uyğun qurulmamasıdır».
XS
SM
MD
LG