Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 12:47

Türk oğlanla erməni qızın kədərli sevgi hekayəti


-

"Qanun" nəşriyyatı populyar türk yazıçısı Ayfer Tunçun «Əziz bəy hadisəsi» romanı və digər hekayələrini kitab şəklində çap edib.

Ədəbiyyatda, kinematoqrafiyada belə əsərlərə «həyati əsərlər» deyilir.

Müəllif heç nəyi uydurmur, lirik, epik ricətlərə yer vermir, fantaziya qanadlarında uçmur, real hadisələri real boyalarla canlandırır, sadəcə çoxlarının fikir vermədiyi detalları qabardır, çoxlarının görmədiyi məqamları tutur, yazır.

Və bunlarla əsərə dad, duz, kolorit verir.

«Əziz bəy hadisəsi» romanı o cür əsərlərdəndir.

Əsər gənc musiqiçi Əzizin bir nazlı-qəmzəli erməni qızının sevdasına düşərək ana vətənini tərk edib Beyruta yerləşən, üç gün vüsal şirinliyi dadıb, altı ay boyunca iztirab çəkən Əzizin kədərli həyatından bəhs edir.

Müəllif Əziz bəyin faciəsini oxunaqlı bir dillə təsvir edir.

Ümumiyyətlə, Ayfer Tunçun digər əsərlərində də kiçik adamların böyük faciləri, eləcə də adekvat kədərləri qələmə alınır.

Tərcümə edən:Arzu Həsənli
XS
SM
MD
LG