Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:49

Daha iki vəkil Müsavat üzvünün müdafiəsinə qoşulub


-
Daha 2 vəkil həbsdə olan Müsavat üzvü Nigar Yaqublunun müdafiəsinə qoşulub.

Bu barədə Müsavat Partiyası məlumat yayıb.

Məlumatda Nigar Yaqublunun müdafiəsi üçün Aslan İsmayılovAdil İsmayılovla müqavilə imzalandığı qeyd edilir.

Bundan əvvəl Müsavat üzvünü vəkil Nemət Kərimli ilə Osman Kazımov müdafiə edib.

Vəkillər N.Yaqublunun işindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Deputat İqbal Ağazadə N.Yaqublunun zaminə buraxılması üçün Baş prokuror Zakir Qaralova müraciət edib.

«Mediaforum» saytına müsahibəsində Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa da hüquq mühafizə orqanlarına müraciət edəcəyini deyib.

N.Yaqublu avqustun 25-də Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə əlaqədar saxlanıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Mərhum Aydın Acalovun oğlu Rəşad Acalov istintaqa müraciət edərək atasının ölümü ilə bağlı heç kəsdən şikayətçi olmadığını bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qəzaya uğrayan avtomobili sürücülük hüququ olmayan N.Yaqublunun sürdüyü qeyd edilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG