Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:05

Shakira Bakıya gəlir


Shakira
Shakira
FIFA 2012 U-17 Qadınlararası Dünya Çempionatının final gününə dəvət edilən müğənni Shakira Bakıya gəlişi haqda Twitterdə yazıb. İfaçı yazır ki, oktyabrın 13-14-də Bakıda olacaq.

U-17 Qadınlararası Dünya Çempionatına dəvət olunmuş müğənnilərdən Jennifer Lopez sentyabrın 22-si açılış matçında çıxış edib.

Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı olacaq.

Shakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək.
XS
SM
MD
LG