Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:49

Sarkisian: "Azərbaycan müharibəyə hazırlaşır"


 Serzh Sarkisian
Serzh Sarkisian
“Azərbaycan müharibəyə hazırlaşır”.

Bunu Ermənistan prezidenti Serzh Sarkisian Yerevanda Reutersə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan hökuməti böyük sayda silah əldə edib və yeni müharibəyə hazırlaşır, atəşkəs razılaşmasından 18 il sonra bizi yeni müharibəylə hədələyir.

O qeyd edib ki, Azərbaycanın ermənilərə nifrət etdiyi, hərbi əməliyyatları bərpa etməhə hazırlaşdığı və Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək istədiyi bir halda danışıqları davam etdirməyə heç bir ehtiyac yoxdur.

Sarkisian deyib ki, Azərbaycanın vəziyyəti hərbi yolla dəyişmək istəməsinə bizdə heç bir şübhə yoxdur, amma Ermənistan münaqişənin dinc yolla həllinə hələ də ümidlə yanaşır.
XS
SM
MD
LG