Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:26

20 oktyabr etirazları həbslərlə nəticələndi

Oktyabrın 20-də Bakıda etiraz aksiyası keçirmək istəüyən gənclərin cəhdləri kütləvi həbslərlə nəticələndi. Fəvvarələr Meydanı və Müsavat partiyasının qərargahı polis nəzarətinə götürülmüşdü. Özünü təqdim etməyən mülki geyimli şəxslər müxalifətçilər arasında həbslər aparırdı. Günün sonunda həbs olunanlar haqda məhkəmə hökmləri çıxarıldl. Hadisələrin gedişini izləyən müxbirlərimiz Bakının müxtəlif nöqtələrindən xəbər verirdilər. Bu xəbərləri oxumaqla, foto və videolara baxmaqla 20oktyabr etirazları haqda özündə tam təsəvvür yarada bilərsən. Səndə də maraqlı xəbər, foto və ya video varsa, bizimlə bölüşməyi unutma

14:53 20.10.2012
AXCP-DƏN 3 FƏAL SAXLANIB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının 3 fəalı saxlanıb. Bu haqda partiyadan AzadlıqRadiosuna məlumat verilib.

Oktyabrın 20-də saat 13-də «Azadlıq» qəzetinin direktoru Faiq Əmirlinin evinə Səbail rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Onlar Gülnarə adlı xanımın Faiq Əmirlidən şikayətçi olduğunu bildiriblər və onu idarəyə aparmalı olduqlarını bildiriblər.

Ancaq qəzet direktoru evdə olmadığından bu mümkün olmayıb. Məlumatı Faiq Əmirlidən almışıq.
14:57 20.10.2012
50-DƏK ŞƏXS POLİS BÖLMƏSİNƏ APARILIB

Müsavat Partiyası yaxınlığında 50-dək fəal saxlanaraq polisə aparılıb.

Özünü təqdim etməyən polis əməkdaşı onları Binəqədi rayon Polis İdarəsinin 15 saylı bölməsinə apardıqlarını deyib.

Əməkdaşımız xəbər verir ki, İctimai Palatanın rəhbərləri Müsavatın qərargahında oturublar.

Polis binaya girmək istəsə də, hüquq müdafiəçisi Novella Cəfəroğlu buna imkan verməyib.

Müxbirimiz deyir ki, polis jurnalistlərin çəkiliş aparmasına imkan vermir.

Davamı

XS
SM
MD
LG