Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:53

Həcc ziyarəti başlayır


Həcc ziyarəti
Həcc ziyarəti
-

Oktyabrın 24-dən müsəlmanların Məkkəyə Həcc ziyarəti başlayır.

Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçiriləcək mərasimdə bütün dünyadan iki milyona yaxın müsəlmanın iştirak edəcəyi gözlənilir.

Suriyada baş verən münaqişələrə və Yaxın Şərqdə sünnilərlə şiələr arasında münasibətlərin gərginləşməsinə görə Səudiyyə Ərəbistanı ziyarətçiləri mümkün təxribatlardan çəkinməyə çağırıb.

Müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət etmək İslam dininə görə vacib əməldir.

Dinə görə, hər bir müsəlman heç olmasa bir dəfə Məkkəni ziyarət etməlidir.
XS
SM
MD
LG