Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:16

Azərbaycan Afrikaya qaz satacaq


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Böyük Britaniyanın «Gasol» şirkəti ilə layihə çərçivəsində Benin, Qana və Toqoya maye qaz ixrac edəcək.

APA-nın «International Oil Daily»yə istinadən xəbərinə görə, artıq bununla əlaqədar «SOCAR Trading» və «Gasol» arasında müqavilə imzalanıb.

Azərbaycan maye qazı Afrikaya – Beninin Kotonu limanına özünün ixtisaslaşmış gəmiləri və üzən anbarları vasitəsilə çatdırmağı öhdəsinə götürür. Buradan isə qaz Benin, Qana və Toqodakı sənaye və energetika müəssisələrinə göndəriləcək.
XS
SM
MD
LG