Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:37
10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)
Gözlə

No media source currently available

0:00 0:07:39 0:00

10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)

100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb - 10 mart- [Yeni VİDEO]

Azərbaycan Milli Ordusunda əsgərlərin qeyri döyüş şəraitində həlak olması halları davam edir. Vətəndaş cəmiyyəti fəalları hökumətdən bunun qarşısının alınmasını tələb edirlər. Bu tələblə martın 10-da Bakıda etiraz aksiyası keçirilir. Rəsmilər aksiyanın keçirilməsinə icazə verməyiblər.

15:36 10.3.2013
DAHA 30 NƏFƏR SAXLANILIB

Aksiyada daha 30 nəfər saxlanılaraq avtobusa mindirilib. Saxlanalar arasında Xədicə İsmayıl da var, Onun dediyinə görə, aksiyanın dağıdılması zamanı gözyaşadıcı qazdan istifadə edildiyindən saxlanaların bəzilərinin səhhətində problem yaranıb.

Polis səsgücləndirici ilə aksiyaçılara xəbərdarlıq da edir: “Aksiya qanunsuzdur, buna görə də dağılışın”.

Aksiyadan görüntü
Aksiyadan görüntü
15:48 10.3.2013
KİÇİK QRUPLAR ETİRAZLARINI DAVAM ETDİRİRLƏR

Onlar əsgər ölümləri ilə bağlı şüarlar səsləndirirlər. Polis onları ərazidən uzaqlaşdıraraq polis avtomobilinə və ya avtobuslara mindirərək ərazidən uzaqlaşdırır. Saxlananlara arasında qadınlar və media nümayəndələri də var.
Əli dəyənəkli və dəbilqəli polis Nizami küçəsindən Fəvvarələr Meydanına gələn yolları tam nəzarətdə saxlayır. Su şırnağı vuran maşınlar da ərazidə gözləməkdədir.

Davamı

XS
SM
MD
LG