Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:51

Mikayıl Müşfiqin 105 yaşına töhfə


-

Mikayıl Müşfiqin seçilmiş əsərləri
Mikayıl Müşfiqin seçilmiş əsərləri
«Axır ki, rəhmətlik Müşfiqin adına layiq kitab çıxdı». Bu sözləri iyunun 4-də Mikayıl Müşfiqin «Seçilmiş əsərləri»nin təqdimat mərasimində ünlü şairin qohumu Vahab İsmayılzadə dilə gətirdi.

Mərasimə Müşfiqin adını daşıyan oğlu ilə qatılan və şairdən şeirlər səsləndirən Vahab bəy kitabı ərsəyə gətirənlərə minnətdarlıq etdi.

Təqdimat mərasiminə millət vəkilləri, yazıçılar, ictimai xadimlər və media mənsubları, eləcə də, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan və Özbəkistandan tanınmış şairlər qatılıb.

Bu nəşr Müşfiqin indiyə qədər çıxmış ilk ən böyük bircildlik «Seçilmiş əsərləri»dir.

Kitaba şairin müxtəlif illərdə yazdığı şeirləri, tərcümələri və bir məktubu daxil edilib.

10 tematik başlıq altında çıxan kitabda Müşfiqin ölümündən sonra işıq üzü görən bütün nəşrlərdəki bəzi yanlışlıqlar aradan qaldırılıb.

İlk dəfə 6 şeiri bəzən yeni redaktədə, bəzənsə şairin sağlığında çıxmış kitablardakı nümunələrə əsasən təqdim olunub.

Kitabda eləcə də şairin fotoları, əlyazmalarının faksimilesi, arxiv sənədlərinin surəti toplanıb.

Layihənin rəhbəri Rafiq Həşimov, nəşrin tərtibçisi Səlim Babullaoğludur.

Kitab Rafael Hüseynovun ön söz əvəzi yazdığı «Bağ romanı» essesi ilə açılır və Səlim Babullaoğlunun «Səni kim unudar?!» son söz ilə bağlanır.

Kitab M. Müşfiqin 105 illik yubileyi ərəfəsində Xalq Bank tərəfindən nəşr olunub.

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində doğulub.

Ali pedaqoji təhsil alıb. 7 il müəllimlik edib.

Gənc yaşlarından dövrün tanınmış şairi olmağı bacarıb.

1937-ci ilin amansız repressiyaları ondan da yan ötməyib.

Həmin il iyunun 3-dən 4-ə keçən gecə həbs olunub.

1938-ci il yanvarın 6-da güllələnib.

Məzarı bilinmir...
XS
SM
MD
LG