Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:53

Milli Şuranın 18 avqust mitinqi [Video/Foto]

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığından polisin ciddi müdaxiləsi olmayıb. Amma təşkilatçılar şəhərin mərkəzindən mitinqin keçiriləcəyi əraziyə gedən avtobusların hərəkətinə maneələr yaradıldığını bildirirlər.

17:55 18.8.2013
Saat 17:42-də İbrahim İbrahimli mitinqi açıb. O, çıxışında Milli Şuranın yaradılmasını görünməmiş tarixi hadisə adlandırıb.
17:44 18.8.2013
AXCP sədri Əli Kərimli mitinq başlamamışdan əvvəl deyib ki, bu mitinq ilk növbədə seçki kampaniyası mövsümünün açılışıdır:

«Bu, Azərbaycanda, nəhayət, seçkiərəfəsi ictimai-siyasi fəallığın başlanması, cəmiyyətin birləşmiş müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyova dəstəyinin ifadə etməsi, onun qeydiyyata alınması üçün süni maneələrin aradan qaldırılmasına çalışmasıdır».
17:25 18.8.2013
Mitinqin keçirildiyi meydanda Azərbaycan, Xalq Cəbhəsi, Müsavat partiyalarının bayraqları dalğalanır. «Biz azad seçki istəyirik», «Siyasi məhbuslara azadlıq» şüarları qaldırılıb.
17:22 18.8.2013

Davamı

XS
SM
MD
LG