Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:00

Milli Şuranın 18 avqust mitinqi [Video/Foto]

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığından polisin ciddi müdaxiləsi olmayıb. Amma təşkilatçılar şəhərin mərkəzindən mitinqin keçiriləcəyi əraziyə gedən avtobusların hərəkətinə maneələr yaradıldığını bildirirlər.

19:06 18.8.2013
«Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov 9 oktyabr seçkisində iştirak etməsə, deməli, Azərbaycanda seçki olmayacaq».

Bunu mitinqdəki çıxışında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib.
18:52 18.8.2013
-
Aksiyaçılar bir neçə dəqiqə «İstefa» şüarları səsləndiriblər. İbrahim İbrahimli gənclərə xitabən deyib ki, «Sizi təxribata çəkmək istəyirlər, buna uymayın».

İşıqlar yanandan sonra KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib:

«Bu gün ədalətsizlər hakimiyyətdədir. İstəyirik ki, Azərbaycan azad olsun. Azərbaycan polisi şərəfli olsun, əsgərimizi görəndə, başımızı dik tutaq. Hakimiyyətə qarşı apardığımız mübarizədə ona oxşamayaq».

Davamı

XS
SM
MD
LG