Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:00

Milli Şuranın 18 avqust mitinqi [Video/Foto]

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığından polisin ciddi müdaxiləsi olmayıb. Amma təşkilatçılar şəhərin mərkəzindən mitinqin keçiriləcəyi əraziyə gedən avtobusların hərəkətinə maneələr yaradıldığını bildirirlər.

17:44 18.8.2013
AXCP sədri Əli Kərimli mitinq başlamamışdan əvvəl deyib ki, bu mitinq ilk növbədə seçki kampaniyası mövsümünün açılışıdır:

«Bu, Azərbaycanda, nəhayət, seçkiərəfəsi ictimai-siyasi fəallığın başlanması, cəmiyyətin birləşmiş müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyova dəstəyinin ifadə etməsi, onun qeydiyyata alınması üçün süni maneələrin aradan qaldırılmasına çalışmasıdır».
17:55 18.8.2013
Saat 17:42-də İbrahim İbrahimli mitinqi açıb. O, çıxışında Milli Şuranın yaradılmasını görünməmiş tarixi hadisə adlandırıb.
18:04 18.8.2013
18:07 18.8.2013
Mitinqdə Azərbaycanın dövlət himni səslənib.

Bundan sonra mitinqçilər «Azərbaycan» şüarları səsləndirib. Mitinqdə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun müraciəti səslənib.

Müraciətdə deyilir ki, hakimiyyət demokratik dəyişiklik istəyən mütərəqqi insanlara əsassız ittihamlar irəli sürür, onları şərləyib həbs edir, dövlət çevrilişində günahlandırır:

«Yalan böhtan şərə qarşı monolit birliyimiz ilə cavab verməyin vaxtı deyil mi? Demokratiya uğrunda mübarizə xalqın mübarizəsidir, mən bu yolda sizinləyəm. Qələbəyə qədər də sizinlə olacağam. Yaşasın demokratik Azərbaycan! yaşasın azad gələcək!».

Bundan sonra «dəstək milli şuraya» şüarı səslənib.

Davamı

XS
SM
MD
LG