Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:46

İslamçılar niyə hakimiyyətdə qala bilmir?


Son günlər Misirdə baş verənləri müxtəlif cür qiymətləndirirlər. Bu hadisələri millətin oyanışı, demokratiyanın qələbəsi, İsrailin ssenarisi və tamamil fərqli adlandırırlar. “İslam və demokratiya” verilişində məhz bu hadisənin səbəbləri araşdırılıb.


AMERİKA VƏ İSRAİLİN ROLU

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, istənilən ölkədə baş verənlərin həmişə daxili səbəbləri olur. Hakim zümrələrdə çat olmayınca, ölkələrdə ciddi bir hadisə baş vermir. Amma politoloq bu proseslərdə İsrail və Amerikanın təsiri olduğunu da istisna etmir.

“Amma unutmayaq ki, Amerika bütün proseslərin qanun və seçki çərçivəsində getməsini istəyir. Bu alınmayanda, zorakılığa əl atır, yaxud da situasiya ilə barışmalı olur”.

Politoloq deyir ki, İsrailin proyekti ərəb dövlətlərini, sünnilərlə şiələr üz-üzə qoymaq, İranı Qərblə toqquşdurmaq və öz hegemonuğunu təsdiq etməkdir:

“Və İsrail addım-addım buna yaxınlaşır. İraq, Suriya faktiki olaraq parçalanır. Türkiyənin parçalanma ehtimalı var. Belə olan halda, İsrail Yaxın Şərqdə uzunmüddətli hegemona çevrilir”.
VERLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:



"ƏRƏB BAHARI YOX, İSLAM OYANIŞI"

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzi İlqar İbrahimoğlu Misir hadisələrinin mahiyyətinə bir neçə faktorun təsir etdiyini söyləyir.

Bəziləri müsəlman dünyasında baş verənləri, “ərəb baharı”nı İslam oyanışı prosesinin məntiqi nəticəsi kimi görürlər. Amma burada birmənalı olaraq Misirin öz daxilindəki amillərin də rolu olub”.

Bu məsələlərə Suriyanın sərgilədiyi münasibətə gəlincə, Hacı İlqar bu cür rəftarı kifayət qədər anlaşılan olduğunu deyir: “

“Morsi Qərbin, Suriya prosesinin iştirakçısına çevrilmişdi, bu da onların adekvat cavabı idi. Indi Misirdə Arbakan kimi geniş və strateji düşünən siyasətçilərə ehtiyac var. Yoxsa siyasi lider hansısa layihələrin iştirakçısı olanda, sonu belə olur”.

Hacı İlqar İbrahimoğlu hesab edir ki, yaranmış situasiyada müsəlman dünyası çox dinamik işləməlidir. Çünki hazırda bu regionda yalnız iki seçkili ölkə var - Türkiyə və İran.

“İranla bağlı ortada heç bir dialoq yoxdur. Türkiyəyə də arada bildirmək istəyirlər ki, özünüzü çox rahat hiss etməyin”.


İSLAMÇILAR SEÇKİYƏ İNANMALIDIRMI?

DEVAMM sədri hesab edir ki, indi müsəlman dünyası Qərbdə özünə müttəfiqlər tapmalıdır. Müsəlman toplumlarında vətəndaş cəmiyyətinin və onun institutlarının yetkinləşməsinə ehtiyac var:

“Müsəlman aləminin mədəniyyətini, sivilizasiyasını əhatə edən ölkələr İran, Türkiyə və Misirdir. Bu ölkələrin inkişafı olacaqsa, müsəlman dünyasının da inkişafı olacaq, vəhdəti artacaq”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Misirdə müəyyən radikallaşma üçün obyektiv bəhanə var. Bununla belə ölkənin ziyalıları İslam və demokratiya uğrunda mücadilə prosesini davam etdirilməsinə yardımçı olacaqlar:


“Misirdə seçki demokratiyasının səmərəsizliyinə əmin olan bir sıra qeyri-səbatlı insanların mübarizədə zor üsullarının zəruriliyi haqda çıxışları daha çox səslənir. Əminəm ki, oradakı insanlar bu cür çıxışların qarşısını alacaqlar. Axı “Müsəlman qardaşları”nın rəhbərliyindəki insanların çoxu ziyalıdır, bir çoxu universitet professorlarıdır, həkimlər, alimlərdir. Onlar avropasayağı, həm də dini təhsil görmüş insanlardır. Onlar düşünməyi bacarır, cılız-cındır ordu generallarının onları yolundan sapdırmağa imkan verməzlər”.

Hacı İlqar İbrahimoğlu da hesab edir ki, müsəlman ölkələri demokratik ənənələrə sahib çıxmağı bacarmalıdır:

“Hələlik bəşəriyyətin əqlə söykənərək gəlib çatdığı ən ağlabatan nailiyyət demokratiya, seçkidir. Ciddi iş görülməlidir, bu, emosiyalarla bağlı olan bir iş deyil”.

Ekspertlərin daha geniş şərhini buradan dinləyin.

SİZİN DƏ FİKRİNİZ ÖNƏMLİDİR:

NİYƏ YAXIN SEÇİLƏN İSLAMÇILAR HAKİMİYYƏTƏ QALA BİLMİR?

XS
SM
MD
LG