Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:39

Amerikalı diplomatdan Qarabağla bağlı açıqlamalar (Eksklüziv)


Robert Bradtke
Robert Bradtke
-

"Biz hər iki tərəfdən törədilmiş zorakılıqların şahidi olmuşuq. İndi həmin çətin keçmiş, liderlərin bütün bunları bir tərəfə qoyub gələcək üçün müəyyən baxış axtarmalarına mane olur.

Keçmiş haqq-hesabları çürüdə-çürüdə sülhə nail olmaq çətindir. “Mən hər şeyə sahibəm, başqa tərəfə heç nə vermirəm” yanaşması ilə sülh yaratmaq çətindir".



ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsindəki Amerika nümayəndə heyətinin başçısı Robert Bradtke AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak-a hazırda Varşavada davam edən bu tədbir barədə müsahibə verib. Burada iki həftə ərzində hökumətlər, QHT-lər və müstəqil ekspertlər 57 üzv ölkədə demokratiya və insan haqlarının vəziyyətini müzakirə etməlidir. Cənab Bradtke həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupundakı dörd illik fəaliyyəti ilə bağlı təəssüratlarını da bölüşüb.

Cənab Bradtke Varşava görüşündən nə gözlədiyini belə ifadə edib:

“Bu, Avropada insan haqlarına dair hər il keçirilən ən böyük və ən mühüm tədbirdir. Bu tədbirin mühümlüyü bir neçə səbəblərlə bağlıdır. Birincisi budur ki, biz QHT-lərlə bir masa ətrafında oturmaq imkanı qazanırıq. Məncə bu, son dərəcə qiymətlidir. Onlar insan haqları ilə məşğul olan hökumətlərdəki insanlarla birbaşa əlaqədədirlər və bu, müzakirə üçün yaxşı şərait yaradır. İkincisi, Amerika Birləşmiş Ştatlarının böyük əhəmiyyət verdiyi bu tədbir İnsan Resurslarının Tətbiqi adlanır və buradakı “tətbiq” sözü ATƏT-dəki bir çox öhdəliklərimizlə bağlıdır. ATƏT-dəki ölkələr bir sıra insan haqları standartları barədə razılığa gəliblər və çox mühümdür ki, biz ildə bir dəfə bu sahədə kimin nə iş gördüyünə baxa bilək. Baxaq görək kİ, ABŞ da daxil olmaqla ölkələr bu işin öhdəsindən necə gəlirlər. Biz bu görüşdə məhz bununla məşğuluq və QHT-lərlə ATƏT-ə daxil hökumətlərin öhdəliklərin icrasındakı qabiliyyəti, niyyətlilyi və uğur dərəcələri barədə açıq söhbətlər edirik”.
Azərbaycan - prezident İlham Əliyev həmsədrləri, o cümlədən cənab Bradtkeni qəbul edir, 3 iyul 2010
Azərbaycan - prezident İlham Əliyev həmsədrləri, o cümlədən cənab Bradtkeni qəbul edir, 3 iyul 2010

Cənab Bradtke ATƏT-in Minsk Qrupunun həmsədlərindən biri kimi 2009-2012-ci illər arasındakı fəaliyyəti barədə bunları bildirib:

“Mən artıq həmsədr deyiləm və odur ki, burada deyəcəklərim şəxsi fikirlərimdir. İndi yeni ABŞ həmsədri, mənim dostum, son dərəcə təcrübəli diplomat – səfir James Warlick həmsədrdir və o, tərəflərə münaqişənin həllinin tapılmasında kömək etməyə qabil bir şəxsdir. Bu çox çətin bir münaqişədir. Biz təəssüf ki, elə bir dövrdəyik ki… və bunu hazırkı həmsədrlər daha yaxşı
Həmsədrləri Ermənistan prezidenti Sarkisyan qəbul edir, iyul 2010
Həmsədrləri Ermənistan prezidenti Sarkisyan qəbul edir, iyul 2010
ilirlər, 2012-ci ilə qədər olan müddətdə biz irəliləyişə nail ola bilməmişik və hətta bəlkə də bir-iki addım geriləmişik. İndi başlıca məsələ tərəflərin irəliyə doğru hərəkətinə nail olmaqdır”.

Dağlıq Qarabağ münaqişəsinin çözümündə inkişafa nail olunmamasının səbəblərini cənab Bradtke belə izah edir:

“Biz unutmamalıyıq ki, bu münaqişə necə başlanıb. 1990-cı illərə qayıtsaq, görərik ki, on minlərlə insan həlak olub. Yüz minlərlə insan qaçqına və köçkünə çevrilib. Biz hər iki tərəfdən törədilmiş zorakılıqların şahidi olmuşuq. İndi həmin çətin keçmiş, liderlərin bütün bunları bir tərəfə qoyub gələcək üçün müəyyən baxış axtarmalarına mane olur. Bu əslində ikinci ünsürdür. Keçmiş haqq-hesabları çürüdə-çürüdə sülhə nail olmaq çətindir. “Mən hər şeyə sahibəm, başqa tərəfə heç nə vermirəm” yanaşması ilə sülh yaratmaq çətindir.

Cənab Bradtke Dağlıq Qarabağ əhalisi haqda bunları deyib:

“Qarabağ xalqı 5, 10, 15, 20 ildə öz gələcəyini müəyyən etmək ehtiyacındadır. Həmsədrlər Qarabağ xalqına öz müqəddəratını təyin etmək hüququnun tanınmasının vacibliyini 2009-cu il, Böyük səkkizlərin sammitindən bu yana öz bəyanatlarında bildiriblər. Münaqişənin həlli üçün lazım olan 6 elementdən biri Qarabağın yekun statusunun xalqın iradəsi ilə müəyyən edilməsidir. İkinci məsələ budur ki, Ermənistan Dağlıq Qarabağı əhatələyən 7 rayonun Azərbaycana qaytarılması zərurətini tanımalıdır. Yəni bu ermənilərinki deyil. Beynəlxalq icma bu ərazilərin Ermənistan və Qarabağ kimi qəbul etməyəcək. Bu ərazilər qayrtarılmalıdır və təəssüf, münaqişə həlsiz qaldıqca, mən belə bir təsəvvürü tez-tez baş çəkdiyim Qarabağın özündə də hiss etmişəm ki, nəsə bir cür bu ərazilər qaytarılmaya da bilər. Bu Qarabağ tərəfinin, Ermənistan tərəfinin razılaşması və qəbul etməsi üçün çox çətin bir məsələdir”.

Cənab Bradtke niyə belə düşünür ki, bu münaqişənin həlli üçün ABŞ, Fransa və Rusiya ən düzgün seçimdir?

“Mən fikirləşirəm ki, bu məsələdə iştirak üçün münasib olan yeganə qurum ATƏT-dir. İlk növbədə Ermənistan və Azərbaycan bu təşkilata birbaşa fəaliyyət bağlılığı olan iki ölkədir. Bu münaqişənin həllində mühüm maraqları olan ölkələr – Avropa, ABŞ və Rusiya bu qurumun üzvlərdir. Yəni bütün əlaqədar oyunçular bu quruma daxildirlər. Mən həmişə demişəm ki, format əsas məsələ deyil. Əsas məsələ tərəflərin özləri və güzəştlərə, sazişlərə hazır olmaları, bunun münaqişəni həll edəcəyinə inana bilmələridir. Mən yenə də təkrar edirəm, öz həmsədrlik dövrümə baxıb deyə bilərəm ki, ABŞ, Rusiya və Fransa arasında əməkdaşlıq əla səviyyədədir. Bizim prezidentlərimiz, nazirlərimiz və həmsədrlərimiz birlikdə çalışıblar. Mən görə bilmirəm ki, başqa hansısa ölkələrdən ibarət qrup bu yükü çəkə bilsin. Mən düşünürəm ki, Avropa İttifaqının böyük rolu var, lakin bu rol hazırkı danışıqlar mərhələsində lüzumsuzduir. Danışıqların məxfi təbiətini nəzərə alsaq, Fransa bu mərhələdə Avropa İttifaqı ölkələrinin baxışlarını əks etdirir və indiki üç ölkə bu işi davam etdirməlidir. Əgər biz bu danışıqlar mərhələsindən keçsək, icra fazasında Avropa İttifaqının çox mühüm rolu olacaq”.
XS
SM
MD
LG