Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:48
Vilnüs Sammiti (soldan) Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Dalia Grybauskaite, Avropa Şurasının prezidenti Herman van Rompuy, Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso
Vilnüs Sammiti (soldan) Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Dalia Grybauskaite, Avropa Şurasının prezidenti Herman van Rompuy, Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso

Vilnüs sammitinin ilk sənədi imzalandı (Dəqiqəbədəqiqə)

Vilnüsdə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin sammitində ilk sənədləri artıq imzalanıb.

Müxbirimiz Vilnüs Sammitindədir. Onun göndərdiyi məlumatlarla xəbərləri yeniləyirik.
13:50 29.11.2013
Azərbaycanlıların Avropa ölkələrinə səfərləri üçün vizaların sadələşdirilməsi razılaşdırıldı

Noyabrın 29-da Vilnüsdə Azərbaycanla Avropa Birliyi arasında vizaların sadələşdirilməsinə dair razılaşma imzalanıb.

Amma Avropa Birliyi rəsmiləri Ukraynanı Assosiasiya Razılaşması və Azad Ticarət Anlaşmasını imzalamağa razılaşdıra bilməyiblər.

Sammitdə Gürcüstan və Moldova ilə də assosiasiya və azad ticarət razılaşmasının imzalanmasına dair sənədlər üzərində iş tamamlanıb. Hər iki ölkə yaxın gələcəkdə bu sənədləri imzalayacaqlar.
XS
SM
MD
LG