Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:33
Vilnüs Sammiti (soldan) Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Dalia Grybauskaite, Avropa Şurasının prezidenti Herman van Rompuy, Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso
Vilnüs Sammiti (soldan) Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Dalia Grybauskaite, Avropa Şurasının prezidenti Herman van Rompuy, Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso

Vilnüs sammitinin ilk sənədi imzalandı (Dəqiqəbədəqiqə)

Vilnüsdə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin sammitində ilk sənədləri artıq imzalanıb.

Müxbirimiz Vilnüs Sammitindədir. Onun göndərdiyi məlumatlarla xəbərləri yeniləyirik.
15:03 29.11.2013
Barroso Rusiya-Ukrayna-Avropa Birliyi danışıqlarını rədd edir

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso bildirir ki, Ukrayna-Rusiya-Avropa Birliyi formatında danışıqlara başlanması barədə təklif qəbul edilməzdir. “İkitərəfli məsələlərin həlli üçün üçtərəfli razılaşmalara ehtiyacımız yoxdur” – deyə Barroso bildirir.

Üçtərəfli danışıqlara başlamaq təklifini Ukrayna prezidenti Viktor Yanukovych irəli sürmüşdü.
15:27 29.11.2013
15:31 29.11.2013
Azərbaycan və Fransa prezidentləri görüşüblər
Noyabrın 29-da Vilnüs sammitinin gedişində Azərbaycan və Fransa prezidentləri də görüşüblər. AFP agentliyinin fotosu:
15:55 29.11.2013
#Vilnus sammitnin əsas mövzularından biri də Ukraynadır. Rusiya ilə Avropa arasında qalan Ukrayna prezidenti həm də Kiyevdə meydanlara çıxıb Avropa ilə inteqrasiya tələb edən minlərlə ukraynalılarla, Gömrük ittifaqını tələb edən Rusiya arasında qalıb. Bu günlərdə Beynəlxalq Takvandu federasiyasının rəhbəri Putinə 9-cu dan dərəcəsinin verilməsini elan edib. Bu, məşhur idmançı və kino ulduzu Chhck Norrisdən də bir dərəcə yuxarıdır. Satriklər bu 2 hadisəni belə görür Yanikovich "Məndə burda Maydandır", Putin "Məndəsə 9-cu dan"

Davamı

XS
SM
MD
LG