Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 05:37

Oğrular kimi...


Ülkər Ucqar
Ülkər Ucqar
-

Arazın o tayından


Ülkər Ucqar


oğrular

biz
oğrular kimi
gecələr
başımızı qorxuyla yastığa qoyduq
və hər bir səsin gəlməsilə diksindik…

biz
oğrular kimi
biri çağıranda adımızı, dondu əllərimiz
mən
bir ömür
anamın gözlərinə baxmaqdan çəkindim
sənsə, sevgilim,
asılacağını gözləyən dustaq kimi,
gələcəkdən deyəndə,
döyündü ürəyin…

biz
oğrular kimi...


ev şeiri

Dadar-dadar* gəmilərin yollanmasına baxma
bu şeir ev şeiridir
ev başmağı kimi
ev paltarı kimi
mən bu şeirdə
başı açıq dolanıram, görürsən
və suyun üzündə yeriyib
sərxoş gəmiçilərə
meyvə tuturam.
mən bu şeirdə
sonbeşiyimizə
şal toxuyuram
sən bütün kişilər kimi
ekrana dikilirsən
yelkənlər yellənir
biz evimizdəyik
gəmilər yollanır
biz evimizdəyik
bu isə
bir şeirdir!

_______
*Gəminin yollanma fitinin səsini yamsıdan bir səs, ayrica dadar-dadar təmtəraqlı anlamında.


bağla yük-yapını, gedək...

sən burda bir gün görmədin,
ay bala, ay qız!
min əkdiyin buğda bir oldu,
qıtlıqlar keçirdin...

döyüş meydanlarında yaşayırmışsan kimi
tapdalandı içində arzuların
kətmək bağlayıb barmaqların belə, qadası,
səhər əl də çəkəməmisən saçlarına heç!
bağla yük-yapını,
kim darıxacaq sənə, ay qız?
bir gün yollar başını kəsərmişlərsə də istəyənlərin
indi hərəsi bir tayfanın ağsaqqalı
hərəsi əlliliklər verir bayramda neçə uşağa
sənin hələ də çəlik biləklərində bilərziklərin gözəl!
hələ də bir tümənlik yığırsan
boyunbağı qayırmağa, sən!
eheey, toyunda oynayım, ay qız,
nə oturmusan?!
hələ də allı-pullu gəlin ola bilərsən,
sən hələ də qoşulub qaça bilərsən
hə, amma,
qaçanın qaçırdanı olar
sevə-sevə, öpə-öpə apararlar.
az boylanıb yeddi qapıdan həsrətlə
qol-qola gedənlərə baxmamısan ki!
“xoşbəxt olasız” deyəndə
gözlərin az yaşarmayıb...

dur, səni də mən özüm qaçırdım, ay bala
dur, silkələ ətəyindən bu toz-torpağı
qırışar sabah, birigün üzündə gülüşlərin
Sırxab dağının zil günü səpki salar yanaqlarına...

dur, vaxt ikən gedək,
gün batar, çarəsiz qalarıq iki qız tayfası
çöl-bayırda biz...
dur, qadan alım,
qara gün,
qara gilə,
Təbrizim!
XS
SM
MD
LG