Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:19

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
11:40 28.1.2014
HAKİM PARTİYADA FİKİR AYRILIĞI VAR
Baş nazir Mykola Azarov
Baş nazir Mykola Azarov

Ukraynanın hakim regionlar partiyasının parlament fraksiyasında baş nazir M.Azarovun istefası ilə bağlı fikir ayrılığı var. AzadliqRadiosunun Ukrayna xidməti xəbər verir ki, bu partiyadan olan deputatların bir qismi bildirib ki, Azarov hökumtıində etimadsızlıq haqda qərar Ali Radanın bugünkü iclasında qəbul olunacaq. Lakin fraksiyasnın rəhbər müavini Mikhailo Chechetov bəyan edib ki, parlament istefa məsələsini bu gün müzakirə etməyəcək.

Prezident Yanukovych son günlərdə bir neçə dəfə müxalifətlə baş nazir postunu və hökumətin yenidən formalaşadırılmasını təklif edib.
10:05 28.1.2014
Berkutun işgəncəsindən keçən AzadlıqRadiosunun müxbirləri. Radikal müxalifət bunda əli olanların cəzalandırılmasını tələb edir
Berkutun işgəncəsindən keçən AzadlıqRadiosunun müxbirləri. Radikal müxalifət bunda əli olanların cəzalandırılmasını tələb edir


RADİKAL MÜXALİFƏT BERKUTUN BURAXILMASINI TƏLƏB EDİR

ABŞ Ukrayna rəhbərliyini çağırıb ki, təhlükəsizlik qüvvələrini küçələrdən yığışdırsın. Avromaydanın radikal qanadı "Sağ sektor" birliyinin lideri Dmitro Yarosh bir sıra tələblər irəli sürüb və bildirib ki, ancaq bu şərtlərin yerinə yetirilmsəindən sonra Grushevski küçəsindən yenidən Avromaydana qayıdacaqlar. Radikalların tələbləri arasında, Xüsusi təyinatlı Berkut polis dəstəsinin buraxılması, həbs olunan etirazçıların azad olunması, yanvarın 16-da qəbul olunan və sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran qanunlar ləğv olunsun.
09:43 28.1.2014
Prezidentin karikaturası "Bığı belə qoysam..."
Prezidentin karikaturası "Bığı belə qoysam..."


UKRAYNADA FÖVQƏLADƏ VƏZİYYƏT...

Hakimiyyət deyir belə bir məsələ gündəlikdə deyil. Avropa Briliyi narahatlığını bildirir. Ukraynanın həbsdə olan müxalifət liderlərindən biri isə Avromaydana müraciət edir. Ətraflı burada oxu

Davamı

XS
SM
MD
LG