Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:26

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
17:21 26.1.2014
Human Rights Watch Ukrayna hakimiyyətini itkin düşənləri tapmağa çağırıb

Yanvarın 23-də AvroMaydan-ın liderlərindən biri Dmitri Bulatov itkin düşüb. O, həmin gün yerli vaxtla axşam saat 7-də arvadına zəng edib və mitinqə getdiyini söyləyib. Həyat yoldaşı onunla danışan sonuncu şəxs olub. Bundan sonra ondan xəbər tutmaq mümkün olmayıb.

AvroMaydan fəalları deyirlər ki, Bulatov hədələyici SMS-lər alıb.

Yanvarın 21-də daha iki fəal oğurlanıb, sonrakı gün isə onlarda biri buraxılıb, o, aldığı yaralara görə xəstəxanaya aparılıb. Digərinin isə meyiti tapılıb, onun bədənində işgəncə əlamətləri olub.
17:24 26.1.2014
VATİKANIN UKRAYNA ÇAĞIRIŞI

Bazar günü Papa Francis Ukraynada zorakılığa son qoymağa çağırıb. O, tərəfləri "komstuktiv danışıqlara" dəvət edib. Papa Francis deyib ki, o, duaları ilə Ukraynanın, bu günlərdə yaxınlarını irtirənlərin yanındadır.
19:23 26.1.2014
Avromaydan qurbanı dəfn olunur

Minlərlə insan iğtişaşlarda həlak olan belarus əsilli 26 yaşlı Mikhail Zhiznevsky-nin dəfn mərasiminə toplaşıb. Mikhail Zhiznevsky ötən həftə baş verən qarşıdurmada həlak olub.

Yanvarın 26-da dəfn iştirakçıları kilsənin ətrafına yığışıb.

Avromaydan Kiyev toqquşmalarında həlak olan Mikhail Zhiznevsky ilə vidalaşır
Gözlə

No media source currently available

0:00 0:06:15 0:00
15:45 27.1.2014

Davamı

XS
SM
MD
LG