Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:42

Əkrəm Əylislinin romanı Ermənistanda "İlin bestselleri" oldu


"Daş yuxular" ermənicə
"Daş yuxular" ermənicə
-

Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanı Ermənistanda “İlin bestselleri” oldu.

Ermənistanın “Armenpress” agentliyi dükanlardan gələn satış rəqəmləri əsasında ilin ən populyar kitablarını müəyyən edib.

Ə.Əylislinin romanı “İlin xarici bestselleri” seçilib. Romanın ermənicəyə üç tərcüməsi il ərzində ardıcıl olaraq aylıq reytinqlərdə yer alıb, hətta bir müddət 1-ci olub.

Agentliyin direktoru Aram Ananyan Ermənistan Yazıçılar Birliyinin sədrindən xahiş edib ki, bestseller şəhadətnaməsini “Daş yuxular”ın ilk dəfə çap edildiyi Rusiyanın “Drujba narodov” jurnalı vasitəsilə Ə.Əylisliyə çatdırsın.

“Müasir erməni yazarı” nominasiyasında isə Rumıniyada yaşayan Vorujan Voskanyan (“Pıçıltılar kitabı”) qalib olub.

“Daş yuxular” romanı Azərbaycanda qalmaqal yaradıb, Ə.Əylisli buna görə xalq yazıçısı adından məhrum edilib. Bir çoxları əsərdə azərbaycanlıların alçaldıldığını, tarixin saxtalaşdırıldığını, erməni xalqının yüksəldildiyini bildiriblər. Yazıçı özü isə həqiqəti yazdığını və heç kəsi alçaltmadığını deyir.
XS
SM
MD
LG