Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:47

Putin: «Krımdakı hərbçilər rus ordusu deyil» (4-5 mart xronikası)

Martın 1-dən başlayaraq Rusiyanın hərb əzələlərinin nümayış cəhdi Ukraynanın Krım yarımadasında silahlı toqquşma həddinə çatıb. Sayca qat-qat az olan Ukrayna hərbçiləri rusların təslim olmaq hədələrinə ləyaqətlə sinə gərir. Putin "Krımda rus qoşunları yoxdur" deməklə bütün dünyanı təəccübləndirib. Ukraynda və Krımda Martın 4-5- ə baş verənləri canlı bloqda izlə, xəbərlər gün ərzində yeniləndiyindən son hadisələr bloqun yuxarı hissəsindədir. Azadlıqda qal!
22:33 4.3.2014
PUTİN KERRY-ni BELƏ TƏƏCCÜBLƏNDİRDİ

Ukrayna paytaxtında səfərdə olan ABŞ Dövlət katibi John Kerry öz təəccübü ilə jurnalistləri təəccübləndirib. ABŞ Dövlət katibi Putinin Krımda rus qoşunlarının olmaması haqda bəyanatını şərh etməyi xahiş edən jurnaslitin sözünü kəsir, "Necə, həqiqətən də o bunu inkar edib?" deyə suala sualla cavab verib.

Xatırladırıq ki, Rusiya prezidentinin canlı efirdə yayılan mətbuat konfransında Putin dedi ki, Krımda fəallıq edən hərbi dəstələr Rus ordusu deyil. Hərbçilərin Rus ordusuna məxsus geyimlərdə olması haqda qeydə Putin cavab verib. "Dükanlara gedin, orada istənilən ordunun paltarını almaq olar, o cümlədən Rus ordusunun"....

Davamı

XS
SM
MD
LG