Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 09:51

Krım böhranı - 8-9 mart xronologiyası

- Krıma hərbi müdaxiləsini inkar edən Rusiya rəhbərliyinin bəyanatlarına baxmayaraq yarımadaya Rusiyadan hərbi qüvvələrind axını davam edir.

- Krımdakı Ukrayna hərbi hissəsələri zəbt edilir, təslim olmayan Ukrayna həebçiləri mühasirədə saxlanılır.

- Krımda Ukrayna və Krım tatar mediasının yayımı daandırılıb. Belə bir şəraitdə Krımın zəbt edilmiş parlamentində toplaşan rusiyapərəst deputatlar Rusiyanın tərkibinı daxil olmaq haqda qərar qəbul edir və martın 16-na referendum təyin edir.

- Ukraynada məhdud hərbi səfərbərlik aparılır. Yarımadakı Krım tatarları özünümüdafiə dəstələrində birləşir.

- Qərb Rusiyaya qarşı sanskiyalar, Ukraynaya isə nəhəng iqtisadi yardım elan edir.

- Rusiya və ABŞ hərbi gəmiləri Bosforu keçib Qara dənizə daxil olur.

Bütün bunlar ötən günlərdə baş verənlərin qısa xronologiyasıdır. Martın 8-9-da baş verən hadisələri daim yenilənən bu bloqda təqdim edirik. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli "Davamı" düyməsini sıxmaqla Canlı bliqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlqida qal!
23:31 9.3.2014
OBAMANIN KOMANDASI RUSİYA SANKSİYALARI HAQDA DANIŞIR
Barack Obamanın təhlükəsizlik məsələləri üzrə müşavir müavini Tony Blinken amerika mediasına açıqlamalarında Ağ evin Krım böhranı ilə bağlı planlarından danışıb. Deyib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü pozarsa, ona qarşı tətbiq olunan sanksiyalar daha da güclənəcək. Ətraflı burada oxu
01:38 10.3.2014

Ukrayna xatırladır ki, onun da ordusu var

Ukrayna müdafiə nazirliyi Hərbi desant birləşmələrinin və hərbi aviasiyanın təlimlərindən kadrları dərc edir. Təlimdə iştirak edən zabit və əsgərlər öz döyüş ovqatları ilə Krımda rus qoşunlarının mühasirəsində qalan və Ukraynaya sədaqət göstərən hərbçilərlə həmrəy olduqlarını göstərdiklərini deyirlər. Reuters agentliyinin görüntüləri

03:05 10.3.2014
"Russkoe yedinsvo" təşkilatnın "könüllüləri" Baxçasarayda Ukrayna ordusunun podpolkovniki Vladimir Sadoviki oğurlayıb öz qərargahlarına gətiriblər. Sonradan girov zabit yoxa çıxıb. Oxşar hadisə daha 2 nəfərin başına gəlib...

Davamı

XS
SM
MD
LG