Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:19

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

11:40 3.5.2014

Ukraynanın Odessa şəhərində Rusiyameylli etirazçıların Ukraynanın bütövlüyü tərəfdarlarına hücumundan sonra toqquşmalar baş verib. Odessa milisinin məlumatına əsasən, 40-dan çox adam ölüb. Video: Reuters
22:13 2.5.2014

Odessada qarşıdurma davam edir. Gün ərzində gələn xəbərlərdən belə bir mənzərə yaranır ki, mayın 2-də Xarkovun Metallist və Odessanın Çernomorets futbol klublarının fanatları şəhərdə keçirilən Ukrayna pərəst yürüşdə iştirak edib. Bu zaman yürüşə Rsuiyameyilli qüvvələr hücum edib. Lakin hər şeydən göründüyü kimi, futbol fanatları belə bir hücuma hazır imişlər. Xəbərlərdə yerli polisin fəaliyyətsizliyi təqnid olnur. Onları Rusiyaya simpatiyada ittiham edənlər də var. İstənilən halda, polis qarşıdurmaya müdaxilə etməyib. Hazırda futbol fanatların Rusiyameylii qüvvələrin qərargah kimi istifadə etdiklər inzibati binaya hücumu və binada yanğın baş verdiyi bildilir.

Davamı

XS
SM
MD
LG