Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 15:07

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:45 3.5.2014
Bu arada Kramatorsk şəhərinə Ukrayna ordusu daxil olur.
16:50 3.5.2014
«Donetsk Xalq Respublikası»nın tərəfdarları qoşunu Kramatorska buraxmamaq üçün avtomobilləri yandırırlar
16:53 3.5.2014
Donbasda antiterror əməliyyatı zamanı 5 Ukrayna xüsusitəyinatlısı ölüb, 12-si yaralanıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Krutov bildirib.

Ukrayna hərbçiləri Slavyansk yaxınlığında
Ukrayna hərbçiləri Slavyansk yaxınlığında
17:13 3.5.2014
ATƏT müşahidəçilərini buraxdılar

Mayın 3-də Ukraynanın Slavyansk şəhərindəki Rusiyameylli separatçılar bir həftə əvvəl girov götürdükləri 7 hərbi müşahidəçini azad ediblər. Video: Reuters
Yaraqlılar ATƏT müşahidəçilərini buraxdılar
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Davamı

XS
SM
MD
LG