Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:47

Ailələri telefonla həbsdəki NİDA-çılarla danışıblar


NİDA-çılar məhkəmədə
NİDA-çılar məhkəmədə
-
Həbsdə olan NİDA-çılar aclıq aksiyasını davam etdirir.

Bu haqda AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Aygül Pəncəliyeva məlumat verib:

«Mayın 2-də ailə üzvləri Bəxtiyar Quliyev və Məmməd Əzizovla telefonda danışıblar. Telefonda özlərinin yaxşı olduqlarını desələr də, səslərinin zəifliyindən hiss olunub ki, səhhətləri normal deyil. Dünənki məhkəmədən sonra isə ailə üzvləri Rəşad, Üzeyir və Rəşadətlə danışıblar. Onlar da eyni vəziyyətdədir. Buna baxmayaraq aksiyanı davam etməkdə qərarlı olduqlarını bildiriblər. Aksiya ən azı növbəti məhkəməyə kimi davam edəcək».

8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

Vəkillərinin söylədiyinə görə, həbsdəki NİDA-çılar ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar.

Penitensiar Xidmət təcridxanada aclıq aksiyası saxlanmasını yalanlayıb.

Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib.
XS
SM
MD
LG